aze eng
цене hekim həkim xestexana xəstəxana mualice derman idman dish diş dodaq cene çənə
YUNİS YUSUBOV:

Tibb elmləri doktoru, professor Yunis Əmiraslan oğlu Yusubov 1942-ci ildə anadan olmuşdur.

O, 1964-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirmişdir. 1972-ci ildə Kiyev həkimləri Təkmilləşdirmə İstitutunun cərrahi stomatologiya kafedrasına aspiranturaya qəbul olunmuşdur. 1975-ci ildə tibb elmləri namizədlik dissertasiyasını müdafiə edərək, Kiyev Tibb İnstitutunun cərrahi stomatologiya kafedrasında assistent işləmişdir. 1988-ci ildə Kiyevdə doktorluq dissertasiyasını müdafiə etdikdən sonra, 1989-cu ildə müsabiqə yolu ilə Azərbaycan Tibb İnstitutunun cərrahi stomatologiya kafedrasına professor vəzifəsinə seçilmişdir.

Professor Y.Ə. Yusubov 250-dən çox elmi işin, o cümlədən iki dərsliyin, bir monoqrafiyanın (həmmüəllifi), 18 ixtiranın, 15 metodik tövsiyyə və metodik işləmələrin müəllifidir. O, bir çox Beynəlxalq konqreslərdə iştirak etmişdir (Türkiyə 1997, İran 2008, İtaliya 2008). 1999-cu ildən Beynəlxalq Üz-Çənə Cərrahlar Assosiasının, 1997-ci ildən Azərbaycan Stomotoloji Assosiasiya Şurasının üzvü və cərrahi stomatologiya bölməsinin rəhbəridir.

1996-cı ildə ilk dəfə olaraq Azərbaycan dilində cərrahi stomatologiya üzrə dərslik çap etdirmişdir. Professor Y.Ə. Yusubovun üz-çənə cərrahiyyəsində bir sıra yeni orijinal cərrahi üsullara patent almaqla gündəlik təcrübədə geniş tətbiq olunur.

<-dahası->